Somalidə “Əş-Şəbab”a xaricdən göndərilən hərbi ləvazimatlar ələ keçirilibbackend

Somalidə “Əş-Şəbab”a xaricdən göndərilən hərbi ləvazimatlar ələ keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidə terror təşkilatı “Əl-Şəbab”a qarşı keçirilən əməliyyatlar zamanı xaricdən təşkilata göndərilən hərbi materialların olduğu yük bağlamaları ələ keçirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, təhlükəsizlik qüvvələri paytaxt Moqadişu hava limanına və oradakı yük bölməsinə qarşı əməliyyat keçirib.

Təşkilata göndərilən hərbi materialların olduğu yük paketlərinin ələ keçirildiyi əməliyyatda 10 şübhəli saxlanılıb.

İstintaqda təşkilatın istifadə etdiyi logistik dəstək sisteminə ciddi zərbə vurulduğu qeyd edilib.

Son günlər “Əş-Şəbab”a qarşı aparılan əməliyyatlarda təşkilatın 100-dən çox üzvü öldürülüb.

Somalinin baş naziri Həmzə Abdi Barre, son 6 ayda Əl-Şəbab hücumlarının yüzdə 70 azaldığını açıqlayıb.

“Əl-Şəbab” 2000-ci illərin ortalarından Moqadişoda qurulan hökuməti devirməyə çalışır.

Somalidə “Əş-Şəbab”a qarşı əməliyyatlar davam edərkən, təşkilat tez-tez yaşayış məntəqələrini və hərbi məntəqələri hədəf alan hücumlar təşkil edir.

Təşkilat Somalinin qonşusu Keniyada da zaman-zaman terror aktları həyata keçirir.