Somalidə iki Aİ rəsmisi deportasiya edilibbackend

Somalidə iki Aİ rəsmisi deportasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Potensialın Gücləndirilməsi Missiyasının (EUCAP-S) iki məmuru Somalinin paytaxtı Moqadişu həbsxanasında məhbusların qeyri-qanuni şəkillərini çəkməkdə günahlandırılaraq deportasiya edilib.

Somali Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Baş prokuror Süleyman Mahmud Mohmudun tələbi ilə iki Aİ rəsmisi haqqında istintaq başladıldığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Araşdırma nəticəsində həbsxanada məhbusların qeyri-qanuni fotoşəkillərini çəkməkdə ittiham olunan iki Aİ rəsmisi ölkədən çıxarılıb.

Diplomatik toxunulmazlığa malik olduğu elan edilən və deportasiya edilən şəxslərin Polşa vətəndaşı Jacek Jozef Ochman və Almaniya vətəndaşı Ralf Bernhard Gehlig olduğu qeyd edilib.

“Millətin nüfuzuna və şərəfinə xələl gətirmək məqsədi ilə təhlükəsizlik obyektlərində məhbusların gizli fotolarının çəkilməsi cinayətdir”, – deyə bəyanatda bildirilir.

Məlumata görə, Aİ-nin iki rəsmisi Somali sularında qeyri-qanuni balıq tutduqları üçün həbs edilən əcnəbi balıqçıların fotolarını çəkib.