Son 10 ildə dünyada təxminən 82 milyon hektar meşə yanıbbackend

Son 10 ildə dünyada təxminən 82 milyon hektar meşə yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 10 ildə dünyada təxminən 82 milyon hektar meşə yanğınlar nəticəsində məhv edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ən böyük fəlakətlər isə Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib. Dünyada baş verən meşə yanğınları ilə bağlı məlumatları toplayan “Qlobal Meşə Nəzarəti” adlı internet saytının məlumatına görə, son 10 ildə dünyada 82 milyon hektar meşə sahəsi yanıb, ən böyük meşə sahəsi itkisi qeydə alınıb.

Son 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ kimi ölkələrdə baş verib, hazırda isə Kanada, Yunanıstan, Əlcəzair və İtaliyada davam edən meşə yanğınlarına müdaxilələr davam edir.

Yeni Cənubi Uels (NSW), Kvinslend, Viktoriya və Cənubi Avstraliyada 2019-cu ilin sentyabr ayında başlayan və təxminən 6 ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib.

Avstraliyanın Kral Təbii Fəlakət Tənzimləmələri Komissiyasının 2020-ci ildə dərc etdiyi hesabata görə, ölkə tarixinə “Qara yay” kimi keçən bu yanğınlarda 24 milyon hektardan çox ərazi məhv olub, 3 min 500 ev yanıb.

Avstraliyada təxminən 6 ay davam edən bu yanğınlar dünyada son 10 ilin ən böyük meşə yanğınları kimi tarixə düşüb.