Son 5 ildə müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,7 dəfə artıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Qeyd edilib ki, ümumiyyətlə son 5 ildə, yəni 2018-ci ildə icra olunmuş müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2022-ci illə müqayisədə 4,3 faiz-bənd, mütləq ifadədə isə 3102,6 milyon manat və ya 1,7 dəfə artıb.