SON DƏQİQƏ: Azərbaycanda partiya sədr tərəfindən satışa çıxarıldıbackend

SON DƏQİQƏ: Azərbaycanda partiya sədr tərəfindən satışa çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıbaba Əzimov sədri olduğu Azərbaycan Milli Birlik Partiyasını satışa çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə araşdırmaçı yazar Samir Feyruzov bildirib.

Onun sözlərinə görə, iqtisadçı Qubad İbadoğlu bu partiyanı almaq üçün H.Əzimovla danışıb və tərəflər arasında razılaşma da əldə olunub.

Bildirilir ki, H.Əzimov Azərbaycan Milli Birlik Partiyasını Q.İbadoğluna 10 min manata satır.

Bəs Q.İbadoğlu niyə başqa partiya alır?

Çünki Ədliyyə Nazirliyi onun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasını qeydiyyata almır. Buna görə də o, 1992-ci ildən dövlət qeydiyyatına alınan Azərbaycan Milli Birlik Partiyasını almaq qərarına gəlib.

Qısası, siyasi alver davam edir. Ən asan yol da budur: yaratdığın partiya qeydiyyata alınmırsa, sən qeydiyyatı olan hazır partiya alırsan və adını dəyişdirib fəaliyyətə başlayırsan. Sonra da ölkəni və cəmiyyəti dəyişməkdən dəm vurursan…

Açığı, istiqlalçı deputat, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi olan H.Əzimovun belə bir addım atması hüquqi baxımdan mümkün olsa da, mənəvi baxımdan rəzillikdir. Bu mənəvi rəziliyyə Q.İbadoğlunun da imza atmağa hazırlaşması lap utandırıcıdır.

Biriniz özünüzdən sonra xələflər yetişdirməli idiniz ki, nəticədə bir möhür və sədrdən ibarət olan partiyanı kartof-soğan kimi piştaxtaya çıxarmaq məcburiyyətində qalmayasınız. Digəriniz də bu çürük kartof-soğanı 10 min manata alıb milləti dolamaq kimi bədnam duruma düşməyəsiniz.

Eşidiblər ki, növbəti parlament seçkilərində qeydiyyatı olan aktiv partiyalara bir mandat veriləcək, ona görə də siyasi alver qızışıb.