SON DƏQİQƏ: Terrorçularla silahlı atışmada 5 əsgər şəhid oldu – FOTObackend

SON DƏQİQƏ: Terrorçularla silahlı atışmada 5 əsgər şəhid oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pəncə-Kilid” əməliyyatında terrorçularla baş verən qarşıdurmada Türkiyənin 5 əsgəri şəhid olub, 2 əsgəri yaralanıb.

İnterpress.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, leytenant Abdulkadir Gülər, çavuş Onur Doğan, çavuş Hüseyin Çankaya, çavuş Bican Kapılay və müqaviləli əsgər Celal Tekederelinin Meluni dağı yaxınlığında terrorçularla qarşıdurma zamanı şəhid olduqları qeyd olunub.

Sosial mediada şəhid olan əsgərlərin birlikdə çəkdirdikləri son foto paylaşılıb.