Sonuna gəlirik, az qaldıbackend

Sonuna gəlirik, az qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağdakı qanunsuz erməni silahlıları bölgəni tərk edəcək
 
 
Qarabağdakı erməni separatçılarının terrorçu başı Araik Arutyunyan “DQR ordusu”nu, yəni Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrini buraxmaq məcburiyyətində olduğunu deyib. Erməni saytları xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən müzakirələrdə çıxış edən “Şuşadan erməni əhalisinin köçürülməsi” qeyri-hökumət təşkilatının idarə heyətinin üzvü Aşot Arutyunyan bildirib. 
Aşot Arutyunyan deyib ki, bu fikri Araik Arutyunyan onunla söhbətində səsləndirib: “Mən ondan soruşdum ki, kim sənə belə ixtiyar verib? O dedi ki, azərbaycanlılar tələb edirlər”.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Lakin anlaşmadan bir ilə yaxın zaman keçsə də, erməni silahlıları hələ də Qarabağdan çıxarılmayıb.


Yayılan xəbərləri “Şərq”ə təhlil edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, əgər terrorçu başı Arutyunyan belə ifadələr işlədirsə, deməli, “Qarabağ problemi” adlandırılan məsələnin sonuna gəlirik. Analitik vurğulayıb ki, Qarabağ erməniləri müharibədə böyük zərbə alıblar. İndi də fərqindədirlər ki, prosesi yubatmaq onlara baha başa gələcək:
 “Bu məsələdə ağıllı hərəkət etmək Qarabağ ermənilərinin faydasınadır. Çıxış yolu üçtərəfli bəyanatın və rəsmi Bakının tələblərinə qeyd-şərtsiz əməl etməkdir. Bu, ermənilərin son şansıdır. Razılığa gəlməsələr, Qarabağda bir nəfər də erməni qalmayacağını, hamısının qaçacağını çox gözəl bilirlər. O zaman nəinki vuruşmağa silahlı dəstə, heç Xankəndidə yaşamağa sıravi erməni tapa bilməyəcəklər ki, onların başında dursunlar. Azərbaycan dövlətinin vətəndaşı olmaq ermənilər üçün ən yaxşı çıxış yoludur. Azərbaycanın iqtisadi və siyasi gücü Qarabağın erməni icmasının da rifahını yaxşılaşdırmağa bəs edəcək. Ac və səfil ermənilər nəhayət insan kimi gün görəcəklər. Bunun yolu isə ilk növbədə qanunsuz erməni silahlılarını tərksilah etməkdən, bölgədən qovmaqdan keçir”.