Sosial şəbəkədəki bəyənmə 20 illik yalanın ÜSTÜNÜ AÇDI: Maraqlı məhkəmə işi – VİDEObackend

Sosial şəbəkədəki bəyənmə 20 illik yalanın ÜSTÜNÜ AÇDI: Maraqlı məhkəmə işi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstan sakini sosial şəbəkədəki bəyənmə sayəsində 20 il başqasının uşağını böyütdüyünü öyrənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Başqırdıstan sakini sosial şəbəkədə qızının şəkillərindən birinin altına naməlum kişi tərəfindən yazılan bəyənmə (layk) sayəsində 20 il ərzində özgə uşağını böyütdüyünü öyrənib.

Marşal adlı şəxs Milananı 2005-ci ildə doğulduğu gündən bəri öz doğma qızı kimi böyüdüb. 2012-ci ildə həyat yoldaşı ilə boşandıqdan sonra da Milanaya maddi köməklik göstərməyə davam edib, dərslərini ödəyib və qızı hüquqşünas ixtisasına yiyələndirib.

Lakin zamanla onların əlaqələri zəifləyib və o, Milanı sosial şəbəkələrdə axtarmaq qərarına gəlib.

Şəkillərin altında naməlum kişinin qoyduğu bəyənməni görən ata şübhələnib və araşdırmalardan sonra uşağın ondan olmadığını öyrənib.

Keçmiş arvadı Liliya əvvəlcə DNT testinə razılaşsa da, sonradan qəfildən fikrini dəyişib. Marşal özü məhkəməyə müraciət edib və məhkəmə zalında Liliya Milanın bioloji atasının Marşal olmadığını etiraf etməli olub.

Bundan sonra məhkəmə icraçıları kişidən tələb olunan 930 min rubl (təxminən 21 900 manat) həcmində yığılmış aliment borcunu rəsmən ləğv ediblər.

Lakin qadın məhkəmə icraçılarına qarşı iddia qaldıraraq borcun yenidən bərpa olunmasını tələb edir. Onun fikrincə, keçmiş əri rəsmən özgə uşağı olduğu məhkəmə tərəfindən sübut olunmuş qız üçün həmin məbləği ödəməyə borcludur.

Milana özü məsələ ilə bağlı açıqlama verməkdən imtina edib, anasına isə zəng çatmayıb.

Xuraman Etibarlı

İnterpress.az