Şotlandiyanın qərbində balinalar kütləvi şəkildə ölübbackend

Şotlandiyanın qərbində balinalar kütləvi şəkildə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiyanın qərbindəki Outer Hebrides arxipelaqında sahilə çıxan 56 pilot balinadan 55-i ölüb ki, bu da ölkə tarixində ən böyük kütləvi balina ölümüdür.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Böyük Britaniya tarixindəki ən böyük kütləvi balina ölümü arxipelaqdakı Lewis adasındakı Traigh Mhor sahilində baş verib.

Keçən şənbə gecəsi sahilə yaxın bir balina sürüsü təsbit edildiyi bildirilib, bazar günü səhər saatlarında balina sürüsünün sahilə çıxdığı qeyd edilib.

Britaniya Dəniz Həyatını Xilasetmə Dalğıcları (BDMLR), Şotlandiyanın Azmış Məxluqlar Proqramı (SMASS) və bir sıra ictimai təşkilatlar gelgit sahilində ölü tapılan pilot balinaları xilas etmək üçün missiyaya başlayıblar.

Mətbuata açıqlama verən SMASS rəsmisi Mariel ten Doeschate çimərliyə gəldikləri zaman balinaları əvvəlcə düz çevirib həyati fəaliyyətlərini yoxladıqlarını bildirib.

İki canlı balinanı xilas etməyi bacardıqlarını izah edən on Doeschate, bir balinanın üzərək uzaqlaşdığını, digərinin isə yenidən sahilə çarparaq öldüyünü qeyd edib.