Sovet kinosunun əfsanəsi Lyudmila Çursina DÜNYASINI DƏYİŞDİbackend

Sovet kinosunun əfsanəsi Lyudmila Çursina DÜNYASINI DƏYİŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ Xalq artisti Lyudmila Çursina 84 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

SSRİ Xalq artisti Lyudmila Çursina 84 yaşında dünyasını dəyişib. Bu barədə onun uzun illər xidmət etdiyi Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məşhur teatr və kino aktrisası uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Teatrın yaydığı bəyanatda deyilir: “Dərin kədər hissi ilə bildiririk ki, uzun sürən xəstəlikdən sonra SSRİ Xalq artisti Lyudmila Alekseyevna Çursina dünyasını dəyişdi. Milyonlarla tamaşaçının sevgisini qazanmış, bənzərsiz, əsl qəhrəman və böyük rus dram aktrisası artıq aramızda deyil”.

Xuraman Etibarlı

İnterpress.az