Soydaşlarımız Meriyas qarşısında aksiya keçirirbackend

Soydaşlarımız Meriyas qarşısında aksiya keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Qonşu Gürcüstanın Azərbaycanlıların kompakt yaşadığı Marneuli Bələdiyyəsinin Təkəli kənd sakinləri Marneuli meriyası qarşısında etiraz aksiyası keçirir.

İnterpress.az xəbər verir ki, etirazçılar öz əkin sahələrinin geri qaytarılmasını tələb edirlər.

Onlar bu əkin sahələrinin əllərindən alındığını söyləyir və bu işdə hökuməti habelə Marneuli meriyasını günahlandırırlar.

Təqribən 3 saat davam edən aksiyada etirazçılar Marneuli meri Kənan Ömərovun onların yanina gəlməsini tələb etsələr də, bələdiyyə rəhbəri onların tələbinə ciddi yanaşmayıb və öz ofisinə dəvət edib.

Aksiyaçılar Kənan Ömərovun ofisinə yalnız media nümayəndələri ilə birgə getməyə hazır olduqlarını bildirirlər. Aksiyaya müxalif “Milli Hərəkat”ın Marneuli Bələdiyyə Məclisindəki deputat Ramal Əhmədov və digər fəallar da qatılıblar.

Xatırladaq ki, Təkəli sakinlərinin etiraz artıq 2 gündür davam edir.