Ştadedə 6 nəfərin ölümü ilə nəticələnən atışmanı türk əsilli almaniyalı TÖRƏDİBbackend

Ştadedə 6 nəfərin ölümü ilə nəticələnən atışmanı türk əsilli almaniyalı TÖRƏDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Ştade şəhərində dəhşətli silahlı hücumu türk əsilli 45 yaşlı alman sakini törədib.

İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

Almaniyanın şimalında yerləşən Ştade şəhərində uşaq və ana himayə mərkəzində baş verən dəhşətli silahlı hücum nəticəsində 6 nəfər faciəvi şəkildə həyatını itirib.

Almaniya hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumata görə, qanlı cinayəti törədən şəxs Almaniya vətəndaşlığı olan 45 yaşlı türk mənşəli şəxsdir.

Hadisə yerindən qaçmağa çalışan şübhəli şəxs polis tərəfindən saxlanılıb. Atışma nəticəsində həyatını itirənlərin hamısı həmin uşaq himayə mərkəzinin və ya yerli himayə idarəsinin əməkdaşları olub.

Məlumatlara görə, hadisə zamanı dörd qadın və bir kişi dərhal hadisə yerindəcə keçinib. Ağır yaralanan altıncı şəxs isə aparıldığı xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

İlkin araşdırmalara görə, dəhşətli qətliamın səbəbi şübhəlinin üçaylıq qızının qəyyumluğu uğrunda apardığı kəskin ailədaxili mübahisə olub.

Atışma baş verən an onun körpə qızı və həyat yoldaşı da mərkəzdə olublar, lakin xoşbəxtlikdən xəsarət almayıblar.

Polis hadisənin hər hansı terror, siyasi ekstremizm və ya qadın qətliamı xarakteri daşımadığını, sırf ailədaxili faciə olduğunu bildirib.

Hadisəni törədən şəxsin əvvəllər də təhdid maddəsi ilə polis qeydiyyatında olduğu və onun silah gəzdirmək üçün rəsmi icazəsinin olmadığı aşkarlanıb.

Hazırda faktla bağlı cinayət işi üzrə genişmiqyaslı istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az