Şərqi Afrika ölkələrindən olan Ruandada Starlink peyk internet sistemi 50 məktəbdə istifadəyə verilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Starlink internet sistemi Ruandada 50 məktəbdə sınaqdan keçirilməyə başlayıb.
Atılan addımla 18 min şagird Starlink peykləri vasitəsilə internetə çıxış əldə edəcək.
Hökumət Starlink internet sistemi ilə ölkə daxilində daha sürətli və rahat internet əldə etməyi hədəfləyir.
Ruanda 2024-cü ilin sonuna qədər Elon Maskın SpaceX şirkətinə aid Starlink peykləri ilə ölkədəki bütün məktəblərə internet bağlantısı verilməsinə qərar verib, fevral ayında Starlink sisteminin ölkə daxilində xidmət göstərməsinə icazə verib və Starlink peyklərinin 500 məktəbdə istifadə ediləcəyini açıqlayıb.
Starlink nədir?
Starlink kosmosa əsaslanan sistemdir ki, SpaceX uzun illərdir ki, dünyanın təmin olunmayan yerlərində internetə çıxışı asanlaşdırmaq üçün üzərində işləyir.
Maskın SpaceX şirkətinin minlərlə orbital Starlink peykləri dünyanın ən ucqar nöqtələrini yüksək sürətli və genişzolaqlı internetlə təmin edir.
SpaceX Starlink peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.






