Su altında ən uzun ömür rekordubackend

Su altında ən uzun ömür rekordu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Florida Universitetinin professoru suyun altında ən uzun qalmaq rekordunu qırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Su altında qaldığı müddətdə bir sıra fiziki və psixoloji sağlamlıq müayinələrindən keçən Cozef Dituri iyunun 9-da su səthinə çıxmağı planlaşdırır.

Məlumata görə, sözügedən rekordu qırmaq üçün bir növ sualtı oteldə yaşayan Cozef Dituri əvvəlki 73 günlük rekordu keçib.

Mayın 13-də su altında 74-cü gününü tamamlayan Dituri hələ prosesi bitirməyi düşünmədiyini söyləyib. O, 100-cü günün sonunda suyun üzərinə çıxmağı planlaşdırdığını bildirib.