Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Sudandakı münaqişə səbəbindən 82 min uşağın qonşu ölkələrə getdiyini, 368 min uşağın isə məcburi köçkün olduğunu açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Sudandakı amansız qarşıdurma bu ölkənin uşaqları üçün dəhşətli təsir göstərir.
O, UNICEF-in uşaqlara humanitar yardım göstərmək üçün səylərini artırdığını qeyd edib.
Beynəlxalq ictimaiyyətin və humanitar tərəfdaşların köməyi və dəstəyinin həyati əhəmiyyət daşıdığını qeyd edən Rassel əlavə vəsait və resurs istəyib.
Qeyd edək ki, UNICEF daha əvvəl Sudandakı qarşıdurmada 190 uşağın öldüyünü, 1700 uşağın yaralandığını bildirmişdi.
Qarşıdurmalarda həyatını itirənlərin sayı 604-ə, yaralı sayı isə 5 min 127-yə çatıb.