Sudanda aprelin ortalarından bu yana ordu ilə yarımhərbi Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalarda 958 mülki vətəndaşın öldüyü açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Sudan Həkimlər Birliyi iki hərbi qüvvənin 59 gündür davamlı qarşıdurmada olduğuna diqqət çəkib.
Birlikdən verilən açıqlamada aprelin 15-dən bu yana davam edən qarşıdurmalarda 958 mülki şəxsin həyatını itirdiyi, 4746 nəfərin yaralandığı bildirilib.
Ölkənin qərbində Çadla sərhəddə yerləşən Cuneyne şəhərində yaşanan humanitar böhrana toxunan birlik, qarşıdurmaların uşaq, qadın və qoca da daxil olmaqla çox sayda mülki şəxsin ölümü ilə nəticələndiyini açıqlayıb.