Sudanda ordu ilə polis arasında qarşıdurmalar 26 gündür davam edirbackend

Sudanda ordu ilə polis arasında qarşıdurmalar 26 gündür davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanın paytaxtı Xartumda ordu ilə polis arasında qarşıdurmalar 26 gündür davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, paytaxt Xartumun şimalında yerləşən Bəhri bölgəsində Sudan ordusu qüvvələri ilə polis arasında şiddətli toqquşmalar baş verib.

Bəhrinin Şambat əl-Aradi, Şambat Şamal, Safiye və Halfaya məhəllələrində güclü partlayışlar və ağır artilleriya səsləri eşidilib, orduya məxsus döyüş təyyarələrinin havada uçuşu müşahidə olunub.

Paytaxtın müxtəlif yerlərində 26-cı gündə qarşıdurmaların davam etdiyi bildirilsə də, Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki tərəf arasında aparılan danışıqlarda hələlik irəliləyiş əldə olunmayıb.

Polis isə orduya aid 2 döyüş təyyarəsini vurduğunu iddia edib.

Qeyd edək ki, aprelin 15-dən davam edən qarşıdurmalarda həyatını itirənlərin sayı 604-ə çatıb, yaralı sayı isə artmaqda davam edir.