Sudanda qarşıdurmalar davam edirbackend

Sudanda qarşıdurmalar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu ilə polis arasında 23-cü gününə qədəm qoyan qarşıdurmalar davam edir.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Paytaxt Xartum şiddətli toqquşmaların şahidi olsa da, iki tərəf Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqları davam etdirir.

Hadisə şahidlərinin sözlərinə görə, paytaxtın mərkəzində yerləşən Prezident Sarayı və Ordu Baş Komandanlığının ətrafında güclü artilleriya səsləri eşidilir və tüstü qalxır.

Bundan əlavə, hərbi döyüş təyyarələri Umdurman bölgəsində polisin nəzarətində olan bəzi nöqtələrə zərbələr endirib.

Bəhri bölgəsində isə qarşıdurma səbəbindən bəzi fabriklərdə yanğın baş verib.

Hərbçilər mayın 3-də atəşkəs rejiminin bir həftə uzadılmasını təklif edən Şərqi Afrikada İnkişaf üzrə Hökumətlərarası Təşkilatın (IGAD) təşəbbüsünü qəbul etdiklərini elan ediblər.

Mayın 5-də HDK humanitar yardım dəhlizlərinin açılması, vətəndaşların və sakinlərin gediş-gəlişinin asanlaşdırılması, ehtiyaclarının ödənilməsi və təhlükəsiz bölgələrə çatması üçün ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə atəşkəs rejiminin daha 72 saat uzadıldığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) davam edən qarşıdurmada həyatını itirənlərin sayının 551-ə yüksəldiyini, 4 min 926 nəfərin isə yaralandığını açıqlayıb.