Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında təxminən bir aya yaxındır davam edən qarşıdurma səbəbindən didərgin düşənlərin sayı 950 minə yaxınlaşıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, aprelin 15-dən bu yana 736 min 200 insan ölkə daxilində didərgin düşüb, 200 minə yaxın insan isə qonşu ölkələrə sığınıb.
Evlərini tərk edənlərin 450 mini uşaq olduğu halda, qonşulardakı qeyri-sabitlikdən sonra Sudana sığınan on minlərlə insan öz ölkələrinə qayıdıb.
Qaçqın və sığınacaq axtaranların əksəriyyəti təhlükəsiz yer axtarmaq üçün Əl-Cəzirə və Əl Kadarif əyalətlərinə sığınıb.
Köçkünlərin 500 mindən çoxu paytaxt Xartumdan qaçanlardır.
Bir aya yaxındır ordu ilə polis arasında davam edən qarşıdurmaların dayandırılması üçün mayın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində “Ciddə bəyannaməsi” imzalanıb.
ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində imzalanan bəyannamədə Sudan ordusu və polisin dinc əhaliyə zərər verəcək hər cür hücumdan uzaq duracağı vurğulanıb və Sudanlıların maraqlarının olduğu vurğulanıb.