Sudanda aprelin ortalarından bu yana ordu ilə polis arasında baş verən qarşıdurmalarda 822 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, qarşıdurmalar paytaxt Xartum və bəzi əyalətlərdə daha çox insan itkisinə səbəb olub.
Qarşıdurma başlayandan bəri paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərində ölənlər də daxil olmaqla, 822 mülki şəxsin həyatını itirdiyi, 3215 nəfərin isə yaralandığı bildirilib.
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə HDK arasında silahlı toqquşmalar baş verib.
Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5127-yə yüksəldiyini açıqlayıb.
Sudanda ordu ilə polis arasında davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də “Ciddə bəyannaməsi” imzalanıb.