Sudanda qubernator öldürüldübackend

Sudanda qubernator öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanın qərb qonşusu Çadla həmsərhəd olan Qərbi Darfur əyalətinin qubernatoru Xamis Abdulla Abbeker öldürülüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Silahlı qüvvələr, Qərbi Darfur əyalətinin qubernatoru Hamis Abbekeri qaçıraraq öldürən Sürətli Dəstək Qüvvələrinin (HDK) xain hərəkətini qəti şəkildə pisləyir. HDK bu vəhşi hərəkəti ilə barbarlıq rekorduna yeni bir səhifə əlavə etdi. HDK-nın Sudan xalqına qarşı törətdiyi bu iyrənc cinayətlər ölkə tarixində daha əvvəl görülməmişdir”, – Sudan ordusunun bəyanatında deyilir.

Öldürülən qubernatorun 2020-ci ildə silahlı qruplarla imzalanan Kuba Sülh Müqaviləsini imzalayan Sudan hökumətinin liderlərindən biri olduğu bildirilib, onun ordu ilə “üsyançı”lar arasındakı qarşıdurma ilə heç bir əlaqəsi olmadığı vurğulanıb.

Qeyd edək ki, Sudanda ordu ilə çevik polis dəstələri arasında toqquşma aprlein 15-dən bəri davam edir.