Sükut rejimi: Debatlarda Tramp və Baydenin mikrofonları söndürüləcəkbackend

Sükut rejimi: Debatlarda Tramp və Baydenin mikrofonları söndürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da teledebatlar zamanı rəqibi danışdığı müddətdə Donald Trampın mikrofonu söndürüləcək. Eyni tədbir müxalif Co Bayden üçün də nəzərdə tutulub: Ağ Ev rəhbəri çıxış edərkən süni sükut rejimi yaradılacaq.

Bu barədə “Vesti” xəbər yayıb.

Qərar Debat Komissiyası tərəfindən qəbul edilib.

Çıxış altı seqmentdən ibarət olacaq. Başlanğıcda ABŞ prezidentliyinə namizədlərin hər birinə bir sualı cavablandırmaq üçün iki dəqiqə vaxt veriləcək. Bu zaman rəqibin mikrofonu digərinin nitqinə mane olmaması üçün söndürüləcək.

Debatlarda Tramp və Baydenin mikrofonlarının eyni vaxtda açıq olacağı müzakirə müddəti də olacaq.

Tədbirin 22 oktyabr tarixində keçirilməsi planlaşdırılır.

 

İnterpress.az