Ermənistanın atdığı addımlar onu göstərir ki, bu gün Ermənistan dövlətinin real sülhlə bağlı heç bir fikri, niyyəti yoxdur, əksinə, erməni dövləti ortada ara qarışdıran və sülh prosesini pozan tərəfdir.
Bu fikirləri İnterpress.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloqun fikrincə, Ermənista Azərbaycanla sülh şəraitində yaşamaq istəmir, müharibəyə can atır.
“Ermənistanın atdığı addımlar onu göstərir ki, bu gün Ermənistan dövlətinin real sülhlə bağlı heç bir fikri, niyyəti yoxdur. Əksinə, erməni dövləti ortada ara qarışdıran və sülh prosesini pozan tərəfdir. Bütün bunlar Ermənistanın regionla bağlı təsəvvürlərinin nə qədər dar və məhdud olduğunun göstəricisidir.
Azərbaycan Ermənistana iqtisadi baxımdan da qurtuluş yolları təklif edir. Yəni Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması birinci növbədə Ermənistanın özü üçün çox böyük imkanlar yaratmış olar.
Amma biz görürük ki, Ermənistanın havadarları, Ermənistandan Azərbaycana qarşı təxribat məqsədilə istifadə edən qüvvələr onun Azərbaycanla sülh sazişi imzalamağını istəmir.
Ermənistanın kütləvi şəkildə silahlanması, təmas xəttində gərginliyi daim yüksək səviyyədə saxlaması və son dövrlər özəlliklə atışma tendensiyalarının artması, Ermənistanın Azərbaycan əleyhinə müxtəlif dezinformasiyalar yayması onu söyləməyimizə əsas verir ki, Ermənistan sülh yox, müharibə istəyir”, – politoloq fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az