Sumqayıtda bıçaqlanma olub.
İnterpress.az özəl olaraq xəbər verir ki, hadisə Corat qəsəbəsində baş verib.
Belə ki, 1989-cı il təvəllüdlü Ağayev Pərviz Xəlil oğlu tanışı, 1993-cü il təvəllüdlü Babayev Şəhriyar Məmməd oğlunu bıçaqlayıb.
Ş.Babayev yaralanıb, o xəstəxanaya yerləşdirilib.
Pərviz Ağayev isə tutulub.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.