Sumqayıtda dənizdə batan iki nəfərdən birinin meyiti tapılıbbackend

Sumqayıtda dənizdə batan iki nəfərdən birinin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

 

İnterpress.az