Süni şəkildə “kənd çolpası” görünüşü verilən 600-ə yaxın toyuq aşkarlanıb – FOTObackend

Süni şəkildə “kənd çolpası” görünüşü verilən 600-ə yaxın toyuq aşkarlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanıda Hövsan kəndinin Məktəbli küçəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində yoxlama keçirilib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, yoxlama zamanı müəssisədə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

Həmçinin toyuq cəmdəklərinin mənşəyi məlum olmayan maddə ilə boyandığı, emal olunmuş toyuq cəmdəyinə süni şəkildə “kənd çolpası” görünüşü verildiyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı rənglənmiş 585 ədəd toyuq cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb, məhsul və mənşəyi məlum olmayan rəngləndirici maddə müsadirə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

 

 

İnterpress.az