Suriyanın şimal-şərqində vertolyotun qəzaya uğraması nəticəsində 22 Amerika əsgəri yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, iyunun 11-də Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 ABŞ əsgərinin müxtəlif dərəcədə yaralandığı bildirilib.
Bildirilib ki, xəsarət alan əsgərlərə tibbi yardım göstərilib, onlardan 10-u CENTCOM-dan kənarda yerləşən “reanimasiya müəssisələrinə” yerləşdirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edərkən helikopterin hər hansı “düşmən atəşi” nəticəsində qəzaya uğramadığı bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.