İsraildə kişi uçuruma yuvarlanan yük maşınından son anda tullanaraq xilas olub
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Möcüzəvi xilasolma hadisəsi 7 sentyabr 2026-cı il tarixində İordan çayının qərb sahilində, Məshə kəndi yaxınlığında baş verib.
Yük maşınının sürücüsü döngəni dönə bilməyərək idarəetməni itirib.
Yüksək sürətlə hərəkət edən yük maşını yol kənarındakı maneəyə çırpılaraq uçurumdan aşağı düşüb.
Sürücü son anda avtomobildən tullanaraq xilas ola bilib.
Xuraman Etibarlı
İnterpress.az






