Şuşanın təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilməyəcəkbackend

Şuşanın təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilməyəcək.

Bu, Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərarda həmçinin qeyd edilib ki, mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.