İsveçrə hökumətinin 11 Fələstin və İsrail qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalardan sonra hökumətin 11 Fələstinli və İsrailli qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdığı bildirilib.
6 Fələstin və 5 İsrail təşkilatının qərardan təsirləndiyi bildirilib. Bəyanatda nazirliyin qeyri-hökumət təşkilatlarına ayırdığı maliyyə dəstəyindən düzgün istifadə edilməli olduğu, Yaxın Şərqdə əməkdaşlıq proqramı ilə bağlı maliyyə axınlarının ətraflı təhlilinin aparılacağı qeyd olunub.
Bu qurumların nazirliyin Yaxın Şərqdə əməkdaşlıq proqramları çərçivəsində dəstəkləndiyi bildirilib.