Avrokomissiya Macarıstanda hakimiyyət dəyişikliyinə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb. SVR iddia edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Budapeştdə “rejim dəyişikliyi” ssenarilərini ciddi şəkildə araşdırır.
Məlumata görə, əsas namizəd kimi qlobalist elitalara yaxınlığı ilə tanınan müxalif “Hörmət və Azadlıq” partiyasının lideri Peter Madyar nəzərdən keçirilir.
Plan, onu 2026-cı ilin yazında keçiriləcək parlament seçkilərində, “hətta bəlkə də daha tez” hakimiyyətə gətirməkdir.
SVR bildirib ki, Madyarın dəstəyi üçün artıq ciddi maliyyə, inzibati, media və lobbi resursları səfərbər edilib.
Bundan əlavə, Brüsselin göstərişi ilə Macarıstan hökumətinin “sökülməsi” kampaniyasına, Budapeştin Ukraynanın Avropa İttifaqına inteqrasiyasını bloklamasına görə “incik” olan Kiyev də fəal şəkildə qoşulub.
Xuraman Etibarlı
İnterpress.az