Tacikistanda uzun saqqal və hicab qadağası barədə xəbərlər TƏKZİB OLUNDUbackend

Tacikistanda uzun saqqal və hicab qadağası barədə xəbərlər TƏKZİB OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan hakimiyyəti kişilərin saqqal, qadınların isə hicab bağlamasına qadağa qoyulması barədə iddiaları təkzib edib.

İnterpress.аz xəbər verir ki, bu barədə “Asia-Plus” agentliyi məlumat yayıb.

Tacikistanın Dini İşlər, Ənənələrin, Şənliklərin və Mərasimlərin Tənzimlənməsi Komitəsi ölkədə kişilərə uzun saqqal saxlamağın, qadınlara isə hicab bağlamağın qanunvericilik səviyyəsində qadağan edilməsi barədə mətbuatda yayılan iddiaları qəti şəkildə təkzib edib.

Bir müddət əvvəl bir sıra kütləvi informasiya vasitələrində “yerli mənbələrə” istinadən Tacikistanda rəsmi səviyyədə uzun saqqal saxlanılmasına və hicab geyinilməsinə qadağa qoyulduğu, həmçinin bu qaydalara dövlət nəzarətinin kəskin şəkildə gücləndirildiyi barədə əsassız xəbərlər tirajlanmışdı.

Dövlət Komitəsinin rəsmiləri bu növ iddiaların heç bir həqiqəti əks etdirmədiyini və ölkədə qeyd olunan məsələlərlə bağlı hər hansı yeni qanunvericilik məhdudiyyətinin tətbiq olunmadığını xüsusi olaraq vurğulayıblar.

Xuraman Etibarlı

İnterpress.аz