Tailandda 19 rusiya vətəndaşı qanunsuz daşınmaz əmlaka sahib olduqlarına görə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ТАСС agentliyi Tailand polisinin təqdim etdiyi məlumatlara əsasən xəbər yayıb.
Məlumata görə, Krallığın kurort zonalarında qanunsuz mülkiyyət hüququ əldə edən 19 Rusiya vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd olunub ki, Tailandda ciddi qanunvericilik məhdudiyyətləri səbəbindən əcnəbilərin ölkədə birbaşa torpaq sahələrinə sahib olması qadağandır.
Bu qaydadan istisna yalnız Tailandın İnvestisiya Şurası vasitəsilə həyata keçirilən iri həcmli investisiyalara şamil edilir.
Qanundakı bu sərt şərtlər səbəbindən əcnəbi vətəndaşlar tez-tez nominal mülkiyyət üzərində qurulan qanunsuz sxemlərdən istifadə etməyə məcbur olurlar.
Xuraman Etibarlı
İnterpress.az






