Hazırda Azərbaycanda dövriyyədə olan dollar əsginazların köhnə və təzə məsələsi yoxdur.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
“Bizim bazarda köhnə, təzə dollarlar kağızının rənginə və istehsal ilinə görə təsnifləşdirilir. Buna baxmayaraq istehsalı 2006-ci ilədək olan dollarlar və 2006-ci ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar və qəbulunda heç bir problem yoxdur.
Kimsə bu barədə məsələ qaldırıb və əhali banklardan bu dollarları almır. Nəticədə həmin pullar bankda qalır. Banklar da bu pulları xaricə göndərir və yeni pullar sifariş edir. Bu məsələdə banklar müəyyən komissiya ödəyirlər”, – deyə Taleh Kazımov əlavə edib.