“Taliban”ın qızların təhsilini dayandırmasına SƏRT REAKSİYAbackend

“Taliban”ın qızların təhsilini dayandırmasına SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Əfqanıstandakı “Taliban” hökumətinin qız tələbələrin universitetdə təhsilini dayandırmaq qərarına birgə reaksiya verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Norveç, İspaniya, İsveçrə, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell birgə bəyanat yayıblar.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda qızların orta təhsilini davam etdirməsinə mane olub, Əfqanıstanda qadın və qızların insan hüquqları və əsas azadlıqlarına digər sərt məhdudiyyətlər qoyub.