Tanınmış aktyor Pərvin Abıyevanı yalanladıbackend

Tanınmış aktyor Pərvin Abıyevanı yalanladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən “TikTok”a birinci gələn məşhuram”.

İnterpress.az xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişinə qonaq olan aktyor Elcan Rəsulov deyib:

“Məşhurlar içərisində ilk mən oynamışam. Əvvəl mənə deyirdilər ki, “Elcan, sənə ayıbdır, orada nə işin var”. İndi hamısı deyir, “Elcan, qardaşım, bir profil açmışam, bir dəfə mənimlə oyun oyna, məni də tanısınlar”.

Aktyor, həmçinin, Pərvin Abıyevanın “Tik-Tok”dan 35.000 dollar pul qazanmışam” iddiasını yalanlayıb.

“Əslində deyilən kimi deyil. Pərvin Abıyeva real 35 000 dollar görməyib. Sadəcə rəqəm hesabı ilə görüb. Qazandıqları yalnız ona qala bilməz. Bir az da xərcləməlidir. Qazandığın pulun yarısını geri dönüş almaq üçün xərcləməlisən. Qazandım, götürdüm, getdim kimi məsələ olmur, yoxdur da…”

Qeyd edək ki, hazırda bir çox məşhurlar “TikTok” sosial şəbəkəsində oyun oynayaraq gəlir əldə edir. Pərvin Abıyeva da Tiktokdan 35 min dollar qazandığını bildirib.(oxu.az)