Tanınmış pediatrdan ürəkdağlayan sözlər: “Bu gün eşitdim ki…“backend

Tanınmış pediatrdan ürəkdağlayan sözlər: “Bu gün eşitdim ki…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu yazmaq istəmirdim, mümkünsə, anlayışla qarşılayın. COVID-19 peyda olandan bir qrup insan məsələyə çox məsuliyyətsiz yanaşdı, bu gün də eyni hal davam edir. Bu günə qədər həkim postlarının altında kifayət qədər təhqir görmüşəm. 2 ildir mənim özümlə də dirəşənlər var, təhqir edirlər, utanmadan təhqiri şəxsiyə də yazırlar”.

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev deyib.

“Fırıldaqdır”, “İnsanları ələ salmaqdır”, “Mafiozların işidir”, “Maska niyə taxmalıyam?”, “Hökumət oyun oynayır”, “Peyvənd sonsuzluq yaradır”, “Peyvənd olunanlar da ölür” və s. ifadələr işlədirlər. Son iki ayda həmin dirəşənlərin həm özləri, həm doğmaları yoluxub, dünyasını dəyişənlər də var. Bu gün səhər eşitdim, bir ailə sönüb. İstəməzdim belə olsun, heç istəməzdim. Ona görə də qorunun, dirəşməyin, sonda faciə olur”, – deyə həkim əlavə edib.