Tatarıstanda sərnişin avtobusu dərəyə AŞDI – Çoxlu sayda yaralı varbackend

Tatarıstanda sərnişin avtobusu dərəyə AŞDI – Çoxlu sayda yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarıstanda sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Tatarıstan Respublikasında sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan sərnişin avtobusu idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində 15 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. Onlardan 3-nün vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. Bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilər və yol polisi əməkdaşları fəaliyyət göstərir.

Ağır qəzanın hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində rəsmi araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.аz