Taylandda fişəng anbarında partlayış: 9 nəfər ölüb, 115 nəfər yaralanıbbackend

Taylandda fişəng anbarında partlayış: 9 nəfər ölüb, 115 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandda atəşfəşanlıq anbarında baş verən partlayış nəticəsində ilkin təsbitlərə görə 9 nəfər ölüb, 115 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tailandın cənubundakı Narativas əyalətində atəşfəşanlıq anbarında partlayış baş verib.

Səlahiyyətlilər ilk təsbitlərə görə partlayış nəticəsində 9 nəfərin öldüyünü bildirib.

115 yaralının əksəriyyətinin vəziyyəti ağırdır.

Narathiwas qubernatoru Sanan Pongaksorn bildirib ki, ilkin məlumatlara görə, partlayış nəticəsində 115 nəfər yaralanıb, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

Anbarın ətrafındakı 100-ə yaxın yaşayış yerinin zərər gördüyünü deyən Sənan, bu ərazilərdə yaşayan 500-800 nəfərin müvəqqəti olaraq məskunlaşacağını bildirib.

Sənan qeyd edib ki, qəza anbarda tikintidə dəmir emal edilərkən partlayıcı maddələrin içinə sıçrayan qığılcımlar nəticəsində baş vermiş ola bilər.