Taylandda yeni hökumət qurmaq üçün koalisiya yaradılıbbackend

Taylandda yeni hökumət qurmaq üçün koalisiya yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Tayilandda keçirilən ümumi seçkilərdən sonra yeni hökuməti formalaşdıracaq 308 nümayəndədən ibarət koalisiyaya İrəli Fəaliyyət Partiyası və Tayilandlılar Naminə Partiyası başçılıq edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yeni koalisiya hökuməti 308 nümayəndədən ibarət qurulub.

Məlumata görə, həmçinin digər kiçik partiyalar Palang Prachachat Party, Thai Sang Thai Partiyası və Liberal Tay Partiyası da koalisiyada iştirak edəcək.

Taylandda baş nazir olmaq üçün namizəd 500 yerlik Nümayəndələr Palatasının və 250 üzvlü Senatın birgə iclasında 376 səs qazanmalıdır. Tərəflər arasında fikir ayrılığı olmasa, yeni baş nazirin MFP lideri Pita Limjaroenrat olacağı gözlənilir.

Seçkilərdən sonra 52 milyon seçicinin olduğu Taylandda 75% fəallıq, koalisiyaya rəhbərlik edən MFP-nin 115, PTP-nin isə 111 nümayəndəsi var. 308 nümayəndədən ibarət koalisiyada qalan yerləri digər 3 partiya bölüşür.