Tayvanda liderliyə namizəd olan Uilyam Lai Çinlə münasibətlərin yaxşılaşdırılması lazım olduğunu bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, qarşılıqlı prinsiplərə əsaslanan dialoq imkanlarını heç vaxt nəzərdən qaçırmayacağanəı söyləyib.
Tayvanın liderliyə namizədi və Demokratik Tərəqqi Partiyasının (DPP) lideri Uilyam Lai Tayvanda gələn il keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Çinlə sülhü bərpa edəcəyini bildirib:
“Mən Tayvanın rəsmi adı ilə həm Çin Respublikasının, həm də beynəlxalq ictimaiyyətin marağında olan boğazlararası status-kvonu dəstəkləyəcəyəm. Qarşılıqlı prinsiplər əsasında dialoqun mümkünlüyünü heç vaxt istisna etməyəcəyəm. Mən müttəfiqlərimizlə, xüsusən də təhsil, mülki müdafiə, məlumat mübadiləsi və strukturun yenidən qurulması sahələrində əməkdaşlıq edəcəyəm”.
Müdafiə sənayesini gücləndirməyə hazır olduğunu və bütün öhdəlikləri yerinə yetirəcəyini ifadə edən Lai, Tayvanın hərbi xərclər kimi müdafiə sənayesi fəaliyyətlərini artıracağını bildirib.
Digər tərəfdən, Lainin diplomatik təmaslar çərçivəsində yaxın günlərdə ABŞ-a səfər edəcəyi gözlənilir. Birləşmiş Ştatlar Tayvanın ən mühüm beynəlxalq silah dəstəkçilərindən biri kimi tanınır.
Tayvanda seçkilər 2024-cü il yanvarın 13-də keçiriləcək.
Lai 2018-ci ildə parlamentdə Çin əleyhinə etdiyi çıxışda Tayvanın öz suveren hüquqlarına sahib olduğunu bildirib, ölkəni müstəqil olaraq xarakterizə edib və özünü “Tayvanın müstəqil işçisi” olaraq xarakterizə edib. Tayvan lideri Tsai İnq-ven də Çinin Tayvanı öz torpaqlarından biri kimi görməsinə etiraz edərək, öz gələcəyinə yalnız Tayvan xalqının qərar verə biləcəyini bildirib.