Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları Tbilisi dənizində orta yaşlı kişi meyiti aşkar ediblər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə istintaq başlayıb.
Mövcud məlumata görə, kişinin meyiti ekspertizaya aparılıb.
İlkin məlumata görə, kişi suya, ehtimal ki, çimmək üçün girib.
Məlumat üçün bildirək ki, xilasedicilər 21 yaşlı Luka Latsabidzeni axtararkən orta yaşlı kişinin cəsədini aşkar ediblər. Digər tərəfdən, Luka Latsabidze artıq 4-cü gündür ki, yoxa çıxıb.