Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıbbackend

Tbilisidə Azərbaycana dəstək aksiyası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə Azərbaycana dəstək aksiyası yürüşlə davam edir.

İnterpress.az  xəbər verir ki, aksiyaçılar Heydər Əliyev adına parkdan Azərbaycan səfirliyinə doğru irəliləyirlər.

Yürüş iştirakçıları yol boyu Azərbaycan dövləti və əsgərlərinə dəstək şüarları səsləndirirlər.

Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.

Onlar hərbi vətənpərvərlik musiqi və mahnıların sədaları altında Azərbaycan dövləti və ordusuna, əsgərinə dəstək və “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son!”, “Səninləyik Azərbaycan” şüarları səsləndirirlər.

Təşkilatçılar bildiriblər ki, Gürüstan azərbaycanlıları Azərbaycanı haqq işində dəstəkləyirlər. Onların sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları və kəndlərin erməni işğalından azad olunması barədə xəbərləri böyük sevinclə qarşılayıblar.

 

İnterpress.az