Tbilisidə keçirilən CAREC ölkələrinin iclasında Azərbaycan nümayəndə heyətləri də iştirak etdibackend

Tbilisidə keçirilən CAREC ölkələrinin iclasında Azərbaycan nümayəndə heyətləri də iştirak etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisidə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) ölkələrinin Sanitar və Fitosanitar tədbirlər (SPS) üzrə işçi qrupunun 3-cü iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizəsi və Fumiqasiyası Mərkəzinin – Təhlil və İnkişaf şöbəsinin baş mütəxəssisi Nəbiyeva Pərvanə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətləri Agentliyinin Bitkiçilik sektorunun müdiri İlham Bayramov da bu beynəlxalq iclasda iştirak edib.

Tədbirdə CAREC proqramı çərçivəsində qlobal və regional səviyyədə Sanitar və Fitosanitar tədbirlər (SPS) sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin Sanitar və Fitosanitar tədbirlərin (SPS) qlobal tendensiyası, problemlər və onların CAREC ölkələrinə təsiri barədə fikir mübadiləsi aparılıb.

 

Pərvanə Nəbiyeva 10 ölkənin qatıldığı tədbirdə CAREC proqramı çərçivəsində işçi qrupunun keçirdiyi 3 cü iclasdan  böyük təəssüratla qayıtdıqlarını bildirdi:

“Tədbirdə CAREC proqramı çərçivəsində ticarətin asanlaşdırılması üçün Sanitar və Fitosanitar tədbirlərin (SPS) modernləşdirilməsi, bazara çıxışı artırmaq, təhlükəsiz ticarəti asanlaşdırmaq və ölkələrə qlobal dəyər zəncirlərində iştirak etmək üçün SPS təşəbbüslərini müzakirə etdik.

İclasın yekununda CAREC-in 2030 İnteqrasiya edilmiş Ticarət Gündəliyi çərçivəsində (CITA) 2023-2025 Strateji Fəaliyyət Planında nəzərdə tutulan məsələlərə dair müzakirələr aparıldı, CAREC ölkələri tərəfindən fəaliyyət planında nəzərdə tutulmuş işlər barədə təkliflər verildi. Bu konfrans öz aktuallığı ilə də böyük maraq doğurdu”.