Tbilisidə pensiyalarla bağlı aksiya keçirilirbackend

Tbilisidə pensiyalarla bağlı aksiya keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liberty Bank” 400 min pensiyaçını soyur – bu şüarla “Milli Hərəkat”ın liderləri və tərəfdarları “Liberty Bank”ın Çavçavadze prospektində yerləşən baş ofisi yaxınlığında aksiya keçirirlər.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, onlar pensiyanın artırılması, pensiya yaşının aşağı salınması və pensiya kreditlərinin ləğvi üçün hökumətə müraciət ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, ömrü boyu işləmiş insanlar layiqli pensiya almalıdırlar, buna baxmayaraq, pensiya kreditləri ilə “insanları soyurlar”.

“Pensiyaçılar çox pis vəziyyətdədir, onların pensiyası çox aşağı, biabırçı və cüzidir. Biz bir tərəfdən pensiyaların artırılmasını tələb edirik, digər tərəfdən də 1000 lari kredit götürsələr də, çox vaxt 3000-4000 lari ödəməli olurlar. Ona görə də pensiya kreditlərinin tez bir zamanda sıfırlanmasını, pensiyanın artırılmasını və pensiya yaşının aşağı salınmasını tələb edirik”, – “Milli Hərəkat”ın üzvü İrakli Nadiradze bildirib.