TƏCİLİ: AMEA bundan sonra belə işləyəcək – yeni strukturu təsdiqləndi – QƏRARbackend

TƏCİLİ: AMEA bundan sonra belə işləyəcək – yeni strukturu təsdiqləndi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu təsdiq edilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

NK-nın qərarı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

AMEA-nın yeni strukturu belədir:

1. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.
2. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
2.1. Respublika Seysmoloji Xidmət Mərkəzi;
2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
2.3. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
2.4. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
2.5. Fəlsəfə və Sosiologiya İnstitutu;
2.6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
2.7. Nəsimi adına Dilçilik İnstitutu;
2.8. Memarlıq və İncəsənət İnstitutu;
2.9. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
2.10. Folklor İnstitutu;
2.11. Qafqazşünaslıq İnstitutu;
2.12. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
2.13. Lənkəran Regional Elmi Mərkəzi;
2.14. Şəki Regional Elmi Mərkəzi;
2.15. Mərkəzi Elmi Kitabxana;
2.16. “Elm” Nəşriyyatı.
3. Naxçıvan bölməsinin Aparatı.
4. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
4.1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
4.2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
4.3. Əlyazmalar Fondu.
5. Gəncə bölməsinin Aparatı.
6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
6.1. Humanitar Tədqiqatlar İnstitutu;
6.2. Diyarşünaslıq İnstitutu;
6.3. Nizami Gəncəvi Mərkəzi.