TƏCİLİ: Rusiya Azərbaycandan üzr istədibackend

Rusiya Azərbaycandan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”.

İnterpress.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, – deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

13:06

Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələrin üzərinə həbs qoyulmayıb.

“Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq”, – məlumatda deyilir.