“Tehran terror fəaliyyətini Azərbaycana qarşı aşkar müstəviyə keçirir” – Şərhbackend

“Tehran terror fəaliyyətini Azərbaycana qarşı aşkar müstəviyə keçirir” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, İran regional hegemonluq ambisiyalarının mərkəzinə Azərbaycanı da daxil etmək üçün məşqlər edir, lakin Bakının müttəfiqlərinin və strateji tərəfdaşlarının çoxluğu, üstəlik adekvat cavab addımları Tehranın praktiki addım səslərini batırır.

Mövzu ilə bağlı siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında bildirib ki, İran daxildəki problemlərin üzərinə pərdə çəkmək üçün qonşularını düşmənləşdirir. Bbunun arxasında dayanan məqamlardan biri də İsrailin “ərəb açılımı”na getməsi və bu işdə Türkiyə ilə birgə qarşılıqlı şəkildə müştərək maraqların dalınca düşməsidir:

“İsrailin müsəlman coğrafiyasında Azərbaycanla strateji tərəfdaşlığı, Türkiyə ilə keçmişi unudaraq gələcəyə baxmasını onun Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə əlaqələrini gücləndirməsi siyasəti müşayiət edir. Ancaq İran İsraillə sərhəddə pərçimləmlənmiş mövqelərini daimi etmək üçün Qəzza zolağı və İordan çayının qərb sahilində, Suriyada, Livanda və İraqda terrorçu qruplaşmaları stimullaşdırmaqda davam edəcək. Bu da diqqətdə saxlanılmalıdır ki, Tehran terror fəaliyyətini Azərbaycana qarşı da aşkar müstəviyə keçirir. İran paranoyalar içərisində qıvrıldığından kəşfiyyat fəaliyyətinin sərhədlərini genişləndirir. Tehran dünya ölkələrində ona müxalif olan qüvvələri, israilli diplomat və iş adamlarını aradan götürmək siyasəti üzrə yeni əməliyyat planları hazırlayıb. ABŞ-ın Bakıya dəstəyi isə onun Tehran əleyhinə növbəti planlarının tərkib hissəsidir.

ABŞ-ın qlobal siyasətdə oynadığı rolu nəzərə alsaq, Azərbaycana İran mövzusunda dəstəyi Bakı tərəfindən alqışlanır. Ən azından Vaşinqton İranın Azərbaycana qarşı hərbi müdaxilə ssenarilərini önləyir, verilən diplomatik-siyasi dəstək Ağ Evin Azərbaycana ən təhlükəli anlarda hərbi yardım etməsi kimi qiymətləndirilə bilər”.