Ekspertlər xəbərdarlıq edir ki, gün ərzində 4 saat telefona baxmaq ömürdən 10 il aparır.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mütəxəssislər tərəfindən aparılan yeni elmi hesablamalar smartfon və sosial şəbəkə asılılığının insan həyatına vurduğu dəhşətli zərərləri ortaya qoyub.
Müəyyən edilib ki, gün ərzində orta hesabla cəmi 4 saat telefona baxan şəxs ümumi ömrünün bütöv 10 ilini mənasız şəkildə itirir.
Sosial şəbəkələrdə vaxt keçirmək və lenti sürətlə vərəqləmək asılılığı insanın ümumi xoşbəxtlik səviyyəsinə, mental sağlamlığına, ailədaxili münasibətlərə, həmçinin təhsilinə və karyera inkişafına olduqca mənfi təsir göstərir.
Gündəlik ekrana baxma müddəti 8 saata çatdıqda isə bu virtual asılılıq insandan təxminən 22 il (!) zaman alır.
İnsanın orta hesabla 80 il yaşadığı fərz edilərsə, bu, bütöv bir ömrün üçdə bir hissəsinin tamamilə hədər getməsi deməkdir.

Xuraman Etibarlı
İnterpress.аz






