Tənzilə Rüstəmxanlı: “Azərbaycan FETÖ terroruna məzar yeri olacaq”backend

Tənzilə Rüstəmxanlı: “Azərbaycan FETÖ terroruna məzar yeri olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günlərdə Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin 7-ci ili tamam oldu. Həmin tarixdən sonra Türkiyə başda olmaqla, nurçuların (fəthullahçıların) səlib yürüşünə keçdikləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da FETÖ terror təşkilatının “bel sütunları”na ciddi zərbələr dəydi. Türkiyədəki kimi, olmasa da, ən azından burada fəthullahçıların təhsil ocaqları, hazırlıq kursları, ticarət şəbəkələri fəaliyyətlərini dayandırdı”.

Bu sözləri İnterpress.az-a açıqlamasında Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda FETÖ terror təşkilatına qarşı keçirilmiş son əməliyyat Fətullah Gülən tərəfdarlarını inzivaya çəkilmələrinə rəğmən, fəal olduqlarını, ən başlıcası isə əvvəlki təki xaricdən idarə olunduqlarını ortaya qoyub:

“2016-cı il, iyulun 15-dən 16-na keçən gecə. Fətullah Gülənin “Xizmet” hərəkatının mənsublarının Türkiyədəki hərbi çevrilişə cəhdi qardaş ölkə tarixində ilk hərbi çevriliş cəhdi deyildi. Amma ən qanlı cəhd oldu. 250-dən artıq insan həlak oldu, Gülən tərəfdarları onlarla hərbçini qətlə yetirdilər. Fətullah Gülənin məqsədi daha sonra həmin çevrilişi Azərbaycanda təkrarlamaqdı. Fəthullah Gülən son 20 il ərzində Azərbaycan dövlətinə qarşı xoş məram nümayiş etdirməyib. İndiki mövqe də ortadadır. Onların bu dövlətə qarşı nifərti 2016-cı ildən sonra daha da artıb. Amma bunun günahı Azərbaycan dövləti deyil, özlərinin çirkin oyunlarıdır. Görünən odur ki, Türkiyədədən fərqli olaraq buradakı “asi”lər həmin çirkin oyundan əl çəkməyiblər. Pensivaniyadan sifariş belədir. Azərbaycanda azadlıqda qalmalarına şükür etmək əvəzinə yenə də Fəthullaha xidmət edirlər. Din barədə yazı yazanda da “fəthullah” sözünün oraya soxuşdururlar ki, “xoca əfəndi”nin xoşuna gəlsin. Bir həqiqət də var ki, onlar heç vaxt göstərişsiz hərəkət edən deyillər. Bunları abiləri elə zibilə salıb ki, üstlərindəki ad, boyunlarındakı minnət ad koronavirusdan daha təhlükəlidir. Bu dəfə də. Alınmadı, alına da bilməzdi. Amma “Hizmət” hərəkatı və bu hərəkatın mənsubları olan “nurçular” strategiyalarını dəyişməz saxlayaraq taktikalarını dəyişdilər, “yatmış hücrə”lərə çevrildilər və fəaliyyətlərini maksimum ehtiyatla davam etdirdilər. FETÖ ilə bağlı son əməliyyat və həbslər terror təşkilatının ölkəmizdəki şaxələnmiş agentura şəbəkəsinin, biznes, siyasət, ictimai sektor və mediadakı dayaqlarının dağıdılması istiqamətində görüləcək işlərdən xəbər verir”.

T.Rüstəmxanlı bildirib ki, terror təşkilatı ölkəmizdə hədəflərinə çatmaq üçün bütün vasitələrdən, xüsusilə də biznes və siyasət sahələrindəki mənsublarından faydalanmaqda qərarlıdır: “Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və stabilliyi üçün təhdid olan FETÖ mənsubları Pensilvaniyadakı rəhbərləri Fətullah Gülənin əmrləri və göstərişlərinə uyğun olaraq rifahdan, tərəqqidən, qüdrətdən, Vətən sevgisindən və s. bu kimi məhfumlardan danışmağı sevirlər. Lakin onların real məqsədləri və əsl hədəfləri Azərbaycanda çevriliş etmək, hakimiyyəti ələ keçirməkdir. FETÖ hədəf və məqsədlər baxımından digər terror təşkilatlarından heç nə ilə fərqlənmir. Onlar Azərbaycanda bütün ehtiyat tədbirlərini gördüklərini, ustalıqla və peşəkarcasına maskalandıqlarını düşünürdülər. Yanılırlar. Çünki onların terror təşkilatının təbliğatını apardıqları heç kimin yadından çıxmayıb və heç vaxt da çıxmayacaq. Gülənçi mirzələr bundan sonra Pensilvaniyadan başqa, hara getsələr də, terror təşkilatına xidmət etdiklərini sübut edən möhürləri üstlərindədir. Hətta çıxıb guya bu dövlətin bütövlüyünə, sabitliyinə, təhülkəsizliyinə xidmət edəcəklərinə and içsələr də, o şübhələrdən qurtulmayacaqlar. Çünki indi də həmin terror təşkilatına xidmət etdikləri bəzilərinin gözündən qaçsa da, ayıq Azərbaycan vətəndaşlarının və dövlətin təhlükəsizliyinə cavabdeh qurumların nəzərindən qaçmır”.